Futbol matçında faciə

futbol-matcinda-facie
Oxunma sayı: 800

Argentina çempionatı oyun zamanı azarkeşlərin dalaşması faciəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.

Belə ki, “Belqrano” - “Taleres” zamanı ev sahiblərinin azarkeşi Emanuel Barbo ona hücum edənlərdən qaçmaq istəyən zaman tribunadan yıxılıb. Aldığı xəsarətdan komaya düşən fanat iki gündən sonra aprelin 17-də dünyasını dəyişib.

Artıq faktla bağlı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb.