“Qafqazinfo” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iki mərhələdən ibarət olan toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.
R.Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub: “Biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.
Son xəbərlər
Son Xəbərlər