Futbol oynayan yeniyetmələrin valideynlərinə xəbərdarlıq edilib

futbol-oynayan-yeniyetmelerin-valideynlerine-xeberdarliq-edilib
Oxunma sayı: 1657

Tərtərdə karantin rejimini pozaraq futbol oynayan şəxslər müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.

Qayda pozuntusuna yol  vermiş 2 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.