Futbol oyunlarında 1 dəqiqəlik sükut - 3 gün ərzində

futbol-oyunlarinda-1-deqiqelik-sukut-
Oxunma sayı: 1409

Türkiyə Futbol Federasiyası (TFF) Ankara və Diyarbəkirdə baş vermiş partlayış nəticəsində həyatını itirən insanların 3 gün keçiriləcək matçlardan öncə 1 dəqiqə sükutla yad olunması ilə bağlı qərar verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlanmada qeyd olunub:

“Ankara və Diyarbəkirdə Türkiyə Silahlı Qüvvələrinin heyətini daşıyan maşınlara edilən terror hücumları nəticəsində xeyli əsgər və mülki vətəndaşımızın vəfat etməsi il əlaqədar 19.02.2016- 22.02. 2016 tarixlərində baş tutacaq bütün peşəkar oyunlardan öncə 1 dəqiqəlik anım sükutu olacaq”.

Qeyd edək ki, Ankarada baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, Diyarbəkirdə isə 6 nəfər şəhid olub.