Futbol tarixinin ən bahalı müdafiəçisi oldu

futbol-tarixinin-en-bahali-mudafiecisi-oldu
Oxunma sayı: 2041

İngiltərəli müdafiəçi Harri Maquayr “Lester Siti”dən “Mançester Yunayted”ə transfer olunub.

“Qafqazinfo” “Championat.com”a istinadən xəbər verir ki, transferin məbləği 80 milyon funt sterlinq (164939272.79 AZN) təşkil edib. Bununla da, Maquayr “Futbol tarixinin ən bahalı müdafiəçisi” adını qazanıb. Onun “Mançester Yunayted”dəki illik maaşı 5,5 milyon avro (10520195.26 AZN) olacaq.

Qeyd edək ki, bundan əvvəli rekord Virdcil van Deykə məxsus idi. Belə ki, onun “Sauthempton”dan “Liverpul” transferi 75 milyon funt sterlinqə (154630568.24 AZN) başa gəlmişdi.