Futbolçu arvadının və körpəsinin gözləri önündə öldürüldü

futbolcu-arvadinin-ve-korpesinin-gozleri-onunde-olduruldu
Oxunma sayı: 3689

Argentinalı futbolçu Rodriqo Espindola Monte-Qrande şəhərində evinin yaxınlığında qətlə yetirilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, “Nueva Chicago” klubunun müdafiəçisi evə gələrkən oğrular ona hücum edərək həyat yoldaşının və 6 aylıq körpəsinin gözləri önündə güllələyiblər.

Qarnından güllə yarası alan 26 yaşlı futbolçu xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.