Futbolçu ilə jurnalist rəsmi şəkildə boşandı

futbolcu-ile-jurnalist-resmi-sekilde-bosandi
Oxunma sayı: 1665

Andrey və Alisa Arşavinlər rəsmi şəkildə boşanıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, eks-futbolçu ilə jurnalistin məhkəməsi bu gün Peterburq rayon məhkəməsində baş tutub. Məhkəmə uşaqların anada qalmasına qərar verib.

Qeyd edək ki, futbolçu bundan sonra gəlirinin 1/8 hissəsini aliment verəcək. Alisa Kazmina mal varlığının bərabər bölünməsini tələb edib.

Xatırladaq ki, Andrey və Alisa 2016-cı ildə ailə qurublar. Bu ilin yanvarından isə cütlüyün boşanma məhkəməsi başlayıb.