“Futbolçular pop ulduzu kimi görünməyə başladılar”

futbolcular-pop-ulduzu-kimi-gorunmeye-basladilar
Oxunma sayı: 1025


“Qafqazinfo”nun futbolinfo.az-a istinadən məlumatına görə, yazar ölkəmizdə “Qarabağ” və “İnter" klublarını tanıdığını deyib: 

“İkisi də güclü klubdu. Çempionluq yarışında hər ikisinə uğurlar arzulayıram”.

Türkiyə futbolunun son illərdə geriləməsinin səbəblərindən də bəhs edən Tazeoğlu futbol üçün futboldan kənar hər şey danışıldığını qeyd etdi: “Türk futbolunun geriləməsindəki ən böyük səbəb artıq futbolun məhkəmələr, danışılmış oyular və UEFA İntizam Komitəsi ilə gündəmdə olmasındandı. Artıq futbol üçün futboldan kənar hər şey danışılır. Siyasət futbola, futbol siyasətə qarışıb. Uşaq futbolundan başlayaraq oyunçu yetişdirmək, haradasa tarixə qarışıb. Oyunçular adətən pop ulduzu kimi görünməyə başladılar. Bir çoxu da aldığı pulun yarısı qədər belə oynamır”.

Ölkəsində “Fənərbaxça” klubunun azarkeşi olan Tazeoğlu son günlərdə ən çox danışılan hadisə - sevimli komandasının avtobusuna silahlı hücuma da münasibət bildirdi: “Tutulub, sora azadlığa buraxılan iki nəfər var. Bu hadisəni onların törədib-törətmədiyinə məhkəmə qərar verəcək. Arzum günahkarların tezliklə cəzalandırılmasıdı. Bunu da açıqca ifadə edim ki, “Fənərbaxça” avtobusuna açılan atəş, Türkiyə futboluna açılan atəşdi. Bu mənfur hadisəni şiddətlə qınayıram”.