Futbolçular rüşvət ittihamı ilə həbs olundular

futbolcular-rusvet-ittihami-ile-hebs-olundular
Oxunma sayı: 637

Çinin Milli Futbol Assosiasiyasının keçmiş rəhbəri Nan Yun 200 min dollar rüşvət aldığına görə 10 il 6 ay müddətinə, Çin yığma komandasının keçmiş üzvləri futbolçular Şen Sı, Si Xun, Zyan Zin və Li Min 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Futbolçular həmçinin danışılmış oyunlar keçirdiklərinə görə 79 min dollar cərimə ödəməli olacaqlar. Bir müddət əvvəl rəsmi Pekin son zamanlar ölkə yığmasının beynəlxalq arenada zəif çıxış etməsi və bu ölkədə futbola marağın azalmasını futbol düşərgəsində korrupsiyanın tüğyan etməsi ilə əlaqədar olduğunu bəyan edib.

Deyerler.org