“Qafqazinfo” xəbər verir ki, minlərlə insanın ölümünə səbəb olan Ebola virusu çempionatı təxirə sala bilər. Turnirin keçiriləcəyi Mərakeş də virusun yayıldığı ölkələr sırasında göstərilir. Bu virusla əlaqədar bir neçə ölkədə futbol qadağan edilib. Həmçinin Avropa qitəsi də virus təhlükəsi yaşaya bilər. Çünki Avropa klublarında yüzlərlə afrikalı futbolçu çıxış edir. Onların Afrika kubokuna gedib qayıtması virusun daha geniş vüsət almasına səbəb ola bilər.
Qeyd edək ki, Afrika kuboku 2015-ci il 17 yanvarda start götürəcək və 8 fevralda yekunlaşacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər