Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “İnter” “Rəvan” qarşılaşması baş tutub. “Qafqazinfo” xəbər verir ki, "Rәvan"ın baş mәşqçisi Bәhmәn Hәsәnov "İnter"ә 0:3 hesabı ilә uduzduqları oyundan sonra jurnalistlәrin suallarını cavablandırıb.
- Nə planlaşdırmışdıq, onun əksi oldu. Penalti oyunun sınma nöqtəsi idi. Hücumlar qurmaq istədik, amma alınmadı, Vəziyyətlərimizdən istifadə edə bilmədik. Abbas Hüseynovu oyunun qəhrəmanı hesab edirəm. “İnter” layiqli qələbə qazandı.
- Oyundan öncə demişdiniz ki, “Rəvan” meydanda “İnter”lə birgə ot örtüyünü də yeyəcək. Futbolçular bu gün nə yedi?
- Bu gün futbolçular maaşlarını almışdı. Yəqin onu xərcləyiblər.
- Bəlkə, futbolçular sizin tapşırığınızı yerinə yetirə bilmir...
- Bəlkə, mən onlardan başqa şeylər istəyirəm. Heyətimiz kasaddı. Orta xəttə problemlərimiz var. “Kəpəz”lə qarşılaşma Juninyo oyunun taleyini həll etdi. Axı, bizdə belə bir futbolçu yoxdur. Futbolçularda ürək yoxdu. Bu gün əsas heyətdə meydanda olan bir neçə futbolçunu əvəzedici komandaya göndərəcəm. Baxın, Xizanaşvilinin saqqalı ağarıb, amma onun göstərdiyi futbol tamam başqa cürdür.
Son xəbərlər
Son Xəbərlər