17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan millisi Belçika ilə bərabərə qalıb - 1:1.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra yığmamızın çalışdırıcısı Təbriz Həsənov heç-heçəni şərh edib.
“Futbolçularıma təşəkkür edirəm. Mənim üçün qələbəyə bərabər nəticə oldu. 0:5 hesablı məğlubiyyətdən sonra komandanı oyuna kökləmək çətin idi. Uda da, uduza da bilərdik. Mənim üçün ən çətin 3 gün oldu. Heç bir saytı oxumuram. Bəzi futbolçularım ağlayırdılar. Mənə yaxınlaşırdılar ki, “müəllim, mənim haqqımda pis söz yazırlar”. Bu baxımdan mənim üçün çətinlik oldu. Ancaq inanıram ki, futbolçular təzyiqləri üzərlərindən atdılar. İkinci hissə üçün taktiki gedişlərimiz var idi. İkinci 40 dəqiqə üçün əvəzetmələri də planlaşdırmışdıq. Ancaq zədə planlarımızı pozdu. Siz uşaqlara peşəkar futbolçu kimi yanaşırsız. İndi bu səhvlərin olması normaldı. Qrupdan çıxmaq üçün qarşımıza məqsəd qoyulmuşdu. Ancaq təcrübəsizlik öz sözünü dedi”.
- Tənqid olmasa, inkişaf necə olar?
-Bu, mənim şəxsi işimdi. Hərdən tənqidiniz təhqirə də keçir. Bir dəfə jurnalistə nəsə demişəm? Hazırlıq vaxtı məqalə oxuyanda, adama pis təsir etdi.
- Bugünkü oyun bir daha göstərdi ki, azərbaycanlı futbolçularla da nəticə qazanmaq olar...
- Bu, futboldu. Onların 17 yaşı var. Portuqaliya çox güclü idi. Erkən qol buraxdığımız üçün təzyiqi üzərlərindən ata bilmədilər. Futbolçular doğrudan da özlərində deyildilər.
- İlk oyundan sonra bildirmişdiz ki, Belçika və Şotlandiyanı məğlub edib, mərhələ adlayacağıq. İndi necə düşünürsüz?
- Şotlandiyanı məğlub etsək, Portuqaliya da böyük hesabla qələbə qazansa, qrupdan çıxa bilərik. Bu şansımızdan istifadə edəcəyik. Bu gün qələbə qazana bilərdik. Şansımız daha da çox olardı.
Son xəbərlər
Son Xəbərlər