Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyunlar çərçivəsində “İnter” səfərdə “Rəvan”a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov qələbəni belə şərh edib:
- Əsas hədəfimiz bəzi futbolçulara istirahət vermək idi. Çünki avrokuboklara çıxmaq şansımız çətindi. Bizi əsas maraqlandıran növbəti turdakı “Kəpəz”lə keçirləcək oyundu. Bu gün hakimlərə təşəkkür edirəm. Referilər matçı normal idarə etsə, 1-2 komanda xaric heç kim bizi məğlub edə bilməz. “İnter” yüksək səviyyəli komandadı. Növbəti matç çətin olacaq. Səfərdə də bu uğur davam etdirək.
- Sizcə faizlə şansınızı dəyərləndirsək, şansınız nə qədərdi?
- Bu suala “Kəpəz”lə oyundan sonra cavab verə bilərəm. Futbolçularımız çox xəstələnib. Həmin oyunlarda da itkilərlə üzləşə bilər.
- Ceyhun Abdullayev əvəzlənərkən birbaşa soyunub-geyinmə otağına getdi. Bunun səbəbi nədi?
- Hava soyuq olduğuna görə “kurtka”sını geyinməyə getmişdi. Sonradan geri qayıtdı.
Son xəbərlər
Son Xəbərlər