Futbolçularımız koronavirusa görə qayıtmaq istəyir - “Bilet tapmaq çətindir”

futbolcularimiz-koronavirusa-gore-qayitmaq-isteyir
Oxunma sayı: 2688

Taylandda çıxış edən azərbaycanlı futbolçular Röyal Nəcəfov, Mahsun Qənbərli, Kamil Hüseynov və Məmməd Quliyev koronavirus təhlükəsinə görə ölkəmizə qayıtmağa hazırlaşırlar. 

Bu barədə “Qafqazinfo”ya futbolçuların özləri məlumat verib. Röyal Nəcəfov artıq Taylandda vəziyyətin çox pis olduğunu bildirib: “Burada vəziyyət çox pisdir. Virus demək olar ki, hər yerə yayılıb. Hamı maska taxaraq gəzir. Bilet almışam və qayıdacam. Görünən odur ki, bir neçə günə uçuşları da təxirə salacaqlar. Tez zamanda geri dönəcəm. Klubla müqaviləni də imzalamadım”.

Mahsun Qənbərli də vəziyyətin kritik olduğunu deyib: “Vəziyyət kritikdir. Burda qalmaq çətin olacaq. Tez zamanda bilet alıb geri dönmək istəyirəm. Virus sürətlə yayılmağa başlayıb”.

Gənc futbolçu bilet tapmağın çətin olduğunu və qiymətlərin qalxdığını sözlərinə əlavə edib: “Bilet tapmaq çətindir və qiymətlər çox bahadır. Heç hava limanından buraxılıb-buraxılmayacağımızı da bilmirəm”.