“Futbolçularımızı başqa klublara icarəyə verə bilərik” - “Zirə”nin prezidenti

futbolcularimizi-basqa-klublara-icareye-vere-bilerik
Oxunma sayı: 1259

Bu gün AFFA Klublar komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasdan sonra "Zirə”nin prezidenti Vüqar Astanov jurnalistlərin suallarını cavablandırıb: 

- Dünən AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib ki, "Zirə”nin avrokuboklara getməsi mümkün deyil. Maraqlıdı, "Zirə” avrokuboklara vəsiqə verən yeri tutsa, iştirak edəcəkmi?

- Bizdən asılı olan, hər şeyi etmişik. Lazımi orqanlara bütün sənədləri təhvil vermişik. İndi isə cavab gözləyirik. Bu isə, səhv etmirəmsə mayın ortalarında bəlli olacaq.

- Bəs Elxan Məmmədov niyə belə açıqlama verib?

- Bunu dəqiq deyə bilmərəm.

- Nelson Bonilla cari mövsümdə ümidləri doğruldur. Onu gələn mövsüm "Zirə”də görə biləcəyikmi?

- Onun bizimlə 1+1 illik müqaviləsi var. Mayın əvvəlində onunda danışıq masasına oturacağıq.

- Mətbuatda "Zirə”nin Mingəçevirə köçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?

- Belə bir söhbət olmayıb, olada bilməz. Klubun adı "Zirə”dir. Komandanı bölgə təmsilçisi kimi də hesab etmək olar.

- "Zirə”də ciddi dəyişikliklər gözlənilirmi?

- Xeyr, heç bir dəyişiklik gözlənilmir. İnşallah eyni heyətlə yolumuza davam edəcəyik.

- Sizə elə gəlmir ki, komanda avrokuboklarda iştirak edə bilməsə, bu heyətlə yola davam edə bilməyəcəksiniz...

- Biz onsuz da,mövsümün əvvəlində qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymamışdıq.

- AZAL və "Kəpəz” kimi komandaların avrokuboklarda oynamaq şansı var. "Zirə” oyunçularını yardım üçün həmin klublara icarəyə verə bilər?

- Ola bilər.Bu barədə danışıq apararıq. Düşünürəm ki, problem olmaz.