Futbolçuların Cavid Hüseynovla görüşü - “Ürək-dirək verdik”

futbolcularin-cavid-huseynovla-gorusu
Oxunma sayı: 2980

Bu gün "Qarabağ"ın futbolçusu Qara Qarayev və "İnter"li Mirhüseyin Seyidov jurnalist Rasim Əliyevin ölüm işində təqsirləndirilərək, barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən Cavid Hüseynovla görüşüb.

“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, onlarla birlikdə "Qəbələ"nin sabiq həkimi Rahim Məhərrəmmov da həbsdə olan futbolçunun görüşünə gedib.

Bu haqda açıqlama verən Mirhüseyin Seyidov görüş barədə danışıb: "Cavidin vəziyyəti normaldi. Çalışdıq ki, ona ürək-dirək verək, səbrli olmağa çağırdıq. Həqiqətən də onun günahı yoxdur. Gözləyirik ki, Cavidin barəsində ədalətli qərar çıxarılsın. Cavid özü də adının belə bir hadisədə hallandırılmasına görə çok peşimandır".