Futbolçuların paltardəyişmə otağına dinləyici qurğu qoydu

futbolcularin-paltardeyisme-otagina-dinleyici-qurgu-qoydu
Oxunma sayı: 2922

“Mançester Yunayted” klubunun paltardəyişmə otağına dinləyici qurğu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sun” qəzeti yazıb.

Bildirilib ki, Villa Parkda soyunub-geyinmə otağına daxil olan naməlum şəxs səsyazma cihazını gizlədib.

Həmin şəxsin klubun baş məşqçisi Erik ten Haqın komanda ilə danışıqlarını dinləmək istəyən “Mançester Yunayted” azarkeşi olması iddia edilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7 turundan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.