Futbolçuların qaldığı oteldə bomba həyəcanı

futbolcularin-qaldigi-otelde-bomba-heyecani
Oxunma sayı: 1006

Rusiya Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “Ufa” – “Arsenal” (Tula) oyunundan öncə bomba həyəcanı yaşanıb.

“Qafqazinfo” Apasport.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin oyundan öncə qaldıqları otelə bomba olması ilə bağlı zəng daxil olub.

Bu barədə Başqırdıstan təmsilçisinin baş məşqçisi Sergey Semak açıqlama verib. O, bildirib ki, komanda oyundan əvvəl dincələrkən oteli təcili boşaltmaq barədə xəbərdarlıq alıblar.

Komanda bütün əşyaları qoyaraq təcili məkanı tərk edib və avtobusla stadiona yollanıb. Axtarış başa çatdıqdan sonra oyunçuların əşyaları komandanın inzibatçıları tərəfindən stadiona gətiriləcək.

Qeyd edək ki, “Ufa” – “Arsenal” matçı bu gün saat 17:30-da start götürəcək.