Dünya çempionatının keçirildiyi Braziliya futbol maçları ilə yanaşı, partiləri ilə də diqqət mərkəzindədir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə qalmaqalın mərkəzində Xorvatiya yığmasının oyunçuları olub.
Sosial şəbəkələrdə paparazzilər tərəfindən idmançıların cakkuzidə çəkilmiş çılpaq fotoları yerləşdirilib.
Blogerlər isə artıq şərh verməyə tələsərək görüntülərin gey-pornodan əldə edildiyini bildiriblər. Futbolçular isə onlara qarşı irəli sürülən iddialarla bağlı şərh verməkdən imtina ediblər.
Xorvatiya yığmasının məşqçisi Niko Kovaç isə bildirib ki, onları mətbuata danışdırmağa məcbur edə bilməz: “Əgər kimsə sizin açıq-saçıq fotolarınızı yerləşdirsəydi, özünüzü necə hiss edərdiniz? Bilmirəm onlar nə zaman bu haqda danışamağa hazır olacaqlar”.
Son xəbərlər
Son Xəbərlər