“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb. Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. Onun 28 yaşı var idi.
***
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən ermənilərin 5-i həbs edilib”.
Bu barədə Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlı iş adamı Şahin Şıxlinski AzNews.az-a bildirib.
Onun sözlərinə görə, hadisə aprelin 18-dən 19-na keçən gecə səhər saat 5-in yarısında Yekaterinburqun yaxınlığında azərbaycanlıların kafesində baş verib:
“6 nəfər erməni həmin restorana gəlib. Yeyib-içəndən sonra orada söz-söhbət yaranıb. Onlar Emil Hüseynovu bıcaqla vurduqdan sonra maşına oturaraq qaçıblar. Biz dünən bütün günü bu işlə məşğul olduq. Dövlət oqranlarını ayağa qaldırdıq. Hazırda həmin ermənilərin 5-i həbs olunub. Biri isə axtarışdadır. Söz veriblər ki, axtarışda olan şəxs bu gün həbs olunacaq”.
Son xəbərlər
Son Xəbərlər