Azərbaycanlı futbolçu Kamran Quliyevin Litvanın "Yonava" klubunda debütü uğurlu alınıb. “Qafqazinfo” xəbər verir ki, gənc futbolçu "Daynava Alytus"la yoxlama matçında iki qol vurub.
18 yaşlı hücumameylli yarımmüdafiəçi komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçda dubla imza atıb. O, 57 və 84-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan K.Quliyev "Yonava"ya bir neçə gün öncə transfer olunub.
Son xəbərlər
Son Xəbərlər