Futbolçunun anası oğurlandı

futbolcunun-anasi-ogurlandi
Oxunma sayı: 2159

Fransanın “Bordo” klubunun və Nigeriya yığmasının üzvü Samuel Kalunun anası oğurlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə 27 fevralda baş versə də, mətbuata yenicə açıqlanıb.

Məlumata görə, naməlum şəxslər qadını Abiya şəhərindəki evindən oğurlayıblar.

Kalu bildirib ki, quldurlar anasını sərbəst buraxmaq üçün ilkin olaraq 8,3 min, daha sonra 41,6 min dollar tələb ediblər:

“Bütün gecəni gözləsək də, onlar gəlmədilər”, - deyə futbolçu söyləyib.

Qadının xilas edilməsi və quldurlar ələ keçirilməsi ilə bağlı Abiya polisi tərəfindən axtarışlar davam etdirilir.