Futbolçunun atası dünyasını dəyişdi, Qurbanov millidə dəyişiklik etdi

futbolcunun-atasi-dunyasini-deyisdi-qurbanov-millide-deyisiklik-etdi
Oxunma sayı: 3126

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlaşan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” xəbər verir ki, qapıçı Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb.

Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.