Futbolçunun döydüyü deyilən hakimdən açıqlama

futbolcunun-doyduyu-deyilen-hakimden-aciqlama
Oxunma sayı: 1408

“Zirə”nin futbolçusu Tural Cəlilov tərəfindən döyüldüyü deyilən hakim Vüqar Qonaqov danışıb. Qafqazinfo”ya açıqlama verən keçmiş jurnalist heç bir oyunda futbolçular tərəfindən döyülmədiyini deyib.

O bildirib ki, yazılanlar hamısı cəfəngiyyatdır: “Mən özüm də jurnalistəm. ATV televiziyasında müxbir vəzifəsində çalışmışam. “Xəyal Tv”nin icraçı direktoru vəzifəsində işləmişəm. İki ildir ki, Şimal çempionatını təşkil edirəm. İlk təşəbbüsü ötən il özüm göstərdim və 12 komandanın iştirakı ilə çempionata nail oldum. Bu il də eyni şəkildə davam edirik. Xaçmaz komandasının heyətində Tural Cəlilov və Vaquf Güləliyev də iştirak edir. Tural mənim keçmiş dostumdur. Ondan özüm xahiş etdim ki, çempionata gəlsin. Həmin qarşılaşmanın da baş hakimi mən idim. Oyunun bitməsinə 11 dəqiqə qalmış Xaçmaz komandasının qapısına penalti təyin etdim. Bundan əsəbləşən azarkeşlər arenaya daxil oldu. Tural Cəlilovla Vaquf Güləliyev də onları sakitləşdirdi. Eləcə də digər futbolçular. “Məni polis rəisi orda saxlayıb”, “şəhərdən çıxmağa icazə verməyib” kimi yalanlar yazıblar. Hansısa müxbir şou düzəldib. Bu çempionat bizim regionda maraqla qarşılanır. Çempionatda millimizin və “Qarabağ”ın üzvü Rahid Əmirquliyevin qardaşı, keçmiş futbolçu Fair Əmirquliyev də iştirak edir. Rahid özü də bu çempionatla maraqlanır. Hazırda çempionat davam edir və oyunlar keçirilir. Heç bir problem də yoxdur. Həm də Şimal Regional Futbol Federasiyası da çempionata nəzarət edir”.