Futbolçunun kəllə vurduğu hakim danışdı

futbolcunun-kelle-vurdugu-hakim-danisdi
Oxunma sayı: 2732


“Qafqazinfo”ya açıqlama verən hakim Rəhim Həsənov yaşanmış hadisədən olduqca narahat olduğunu dilə gətirib: “Mənə vurulan zərbə Azərbaycan futboluna vurulan zərbə idi. Mən ilk növbədə belə legionerləri Azərbaycana gətirən klubları qınayıram. Legionerlər gələndə bilməlidirlər ki, hara gəliblər, mentalitet fərqinin olduğunu öyrənməlidirlər. “Bakı” klubu öz futbolçusu ilə danışmalı, onu mətbuat önünə çıxarıb üzr istəməyə məcbur etməlidir. O, təkcə məndən yox, Azərbaycan futbolundan üzr istəməlidir. Gör nə günə qalmışıq ki, legionerlər bura gəlib bizim çörəyimizi yeyirlər, sonra da bizi döyürlər”.

 

İqbal