Futbolçunun nömrəsindən istifadə edib, borc istədilər

Futbolçunun nömrəsindən istifadə edib, borc istədilər
Oxunma sayı: 873

"Səbail"in yeni transferi Hendrik Ekşteyn Azərbaycanda xoşagəlməz hadisə ilə üzləşib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, dələduzlar afrikalı yarımmüdafiəçinin telefon nömrələrinin dublikatını çıxarıblar. Onlar Ekşteynin dostlarına, ailəsinə çoxlu miqdarda borc almaq məqsədi ilə mesaj göndəriblər.  Ancaq onların bu planı baş tutmayıb.

Belə ki, futbolçunun dostlarından biri Hendrikin fırıldaqçıların qurbanı olduğunu başa düşüb.

"O, bu işin arxasında kimin olduğunu bilmir. Amma dostu sayəsində problem tez həll olundu. Dostlarının biri ondan pul istədikdən sonra feysbukda Ekşteynə yazıb. Bundan sonra o, nə olduğunu anlayıb", - deyə 28 yaşlı futbolçunun dostu bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi