“Qafqazinfo” “pfl.az” saytına istinadən xəbər verir ki, “Neftçi” –“Qarabağ” matçında “Neftçi”nin futbolçusu Araz Abdullayevə göstərilən qırmızı vərəqə ləğv edilib. Həmin epizod yenidən araşdırıldıqdan sonra Arazın aqressiv oynamadığı aşkarlanıb. Buna görə də futbolçuya göstərilən vərəqə ləğv olunub.
Matç zamanı “Neftçi” azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün klub 2000 manat cərimələnib.
“Bakı”- Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu nodar Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulub və 1 oyunluq cəzalanıb. Klub isə 200 manat dəyərində cərimələnib.
Son xəbərlər
Son Xəbərlər