Futbolçuya verilən mükafata baxan gülür - Foto+Video

futbolcuya-verilen-mukafata-baxan-gulur
Oxunma sayı: 3187

“Sports.ru” saytı Artyom Dzyubanı Rusiya Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu seçib.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə futbolçuya qəribə hədiyyə verilib. Belə ki, redaksiya ona qızılı xaya bəxş edib.

Hədiyyəyə görə təşəkkür edən Dzyuba bildirib: "Mən əvvəlcə elə bilirdim ki, bu, arxadır. İndi başa düşdüm ki, çox orijinal hədiyyədir. Bu da mənə çox xoşdur”.

Qeyd edək ki, redaksiyanın bu cür hədiyyə seçməsi heç də təsadüfi deyil. Belə ki, bundan öncə yaşıl meydanlarda Dieqo Simeone, Maurisio Poçettino, eləcə də "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo qazandıqları qələbədən sonra bədənlərinin sözügedən üzvünü göstəriblər. Dzyuba da başa çatan mövsümü uğurlu keçirdiyi üçün məhz qızılı xaya ilə mükafatlandırılıb.