Futbolda 5 əvəzetmə qaydası daha bir il qüvvədə qalacaq

futbolda-5-evezetme-qaydasi-daha-bir-il-quvvede-qalacaq
Oxunma sayı: 1164

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.

5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlamışdı. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.