“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, ölkədə yeni mövsümdən həvəskar və aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən turnirlərdə yaşıl vərəqədən istifadə olunacaq. Bu vərəqənin aqressiv futbolçuları psixoloji cəhətdən daha diqqətli olmağa sövq edəcəyi düşünülür.
İsveç Futbol Federasiyası yaşıl vərəqələrdən bu yay Södertalje şəhərində gənclər arasında təşkil olunacaq turnirdə istifadəsinə qərar verib. Özünü doğruldacağı təqdirdə, yaşıl vərəqə mərhələli olaraq üst liqalarda da tətbiq ediləcək.
Son xəbərlər
Son Xəbərlər