“...Futboldan gedəcəm” - Yurgen Klopp

futboldan-gedecem
Oxunma sayı: 1381

“Liverpul”un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, alman mütəxəssis transferlərə xərclənən böyük pullardan narazılıq ifadə edib. 

O, belə halın davam edəcəyi halda futboldan gedəcəyini bildirib:

“Mən Almaniyaya olduğum zaman “Bavariy” transferlərə böyük pullar xərcləyirdi. Bu 100 milyon funt-sterlinq də ola bilərdi. Bir mərkəz müdafiəçisi almaq çox baha başa gəlir. Ümumiyyətlə, bu qədər pullar xərclənilməsi normal deyil. PSJ Neymar üçün fantastik məbləğ verdi. Bu futbolu yavaş-yavaş maddiyyatdan asılı vəziyyətə gətirir. Əgər futbola pulun əsarətinə çevirilsə, mən futboldan gedəcəm. İndi elədir ki, rəqiblərinlə ayaqlaşmaq üçün lazımsız məbləğlər verməlisən”.