Futbolumuzda vacib qərar günü

futbolumuzda-vacib-qerar-gunu
Oxunma sayı: 1161

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

 "Qafqazinfo” xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. İclasdan sonra Premyer Liqa, birinci divizion və kubok matçlarının bərpası ilə bağlı qərarın açıqlanacağı gözlənilir.
 
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan Premyer Liqasının matçları martın 8-dən sonra oynanılmayıb.