2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 90 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 90000-ci üzvü “Coca-Cola Məktəbli Kuboku” turnirində çıxış edən Hacıqabul rayon 7 saylı orta məktəbin 6-cı sinif şagirdi Səbuhi Məhəbbət oğlu Abuzərovdur.
Son xəbərlər
Son Xəbərlər