Azərbaycan Futzal Federasiyası yarışların bərpa müddətini uzadıb.
"Qafqazinfo" xəbər verir ki, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub.
Yüksək, Birinci və İkinci liqalar və Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb.
Federasiya oyunların başlama tarixi barədə əlavə məlumat verəcək.
Son xəbərlər
Son Xəbərlər