Futzal üzrə Avropa çempionatının finalçıları bilindi

futzal-uzre-avropa-cempionatinin-finalcilari-bilindi
Oxunma sayı: 3508

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatının finalçıları bilinib.

“Qafqazinfo” xəbər verir ki, finalda Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı məğlub edib. Hər iki matçın hesabı eyni olub – 3:2.

Ukrayna və İspaniya milli komandaları isə 3-cü yer uğrunda görüşəcəklər.

Qeyd edək ki, final matçı 6 fevralda baş tutacaq.