Futzal üzrə Çempionlar Liqası da təxirə salındı

futzal-uzre-cempionlar-liqasi-da-texire-salindi
Oxunma sayı: 922

Futzal üzrə Çempionlar Liqasının dördlər finalı koronavirusa görə təxirə salınıb.

"Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” (İspaniya) – KPRF (Rusiya) və “Mursiya” (İspaniya) – “Tümen” (Rusiya) komandaları qarşılaşacaq.