“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Sport club”un təşəbbüsü ilə üzv şirkətlərimiz arasında keçirilən 2-ci “İpək Yolu” futzal turnirinin açılış mərasimi keçirilib.
Turnir Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilir və mayın 9-da yekun vurulacaq. Üzv şirkətləri təmsil edən 14 komanda 3 qrupda mübarizə aparacaq və yekunda qaliblər kubokla mükafatlandırılacaqlar. Açılış mərasimində “ÖZSÜT ilə “MADO” komandaları üz-üzə gəlib və qarşılaşma “ÖZSÜT”ün 8:1 hesablı qələbəsi ilə başa çatıb.
A qrupu
1. “Tuna”
2. “Sintra”
3. “Natura”
4. “Aida”
5. “Halal”
B qrupu
1. “Özsüt”
2. “Mado”
3. “AS motors”
4. “Atlas”
5. “Decoluxe”
C qrupu
1. “Fenstar”
2. “Mizan”
3. “İsra”
4. “Herba Flora”
Son xəbərlər
Son Xəbərlər