“Füzuli aeroportu bizim birgə uğurumuzdur” - İlham Əliyev

fuzuli-aeroportu-bizim-birge-ugurumuzdur
Oxunma sayı: 903

“Bu gün Füzuli Beynəlxalq Hava limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

“Bu, onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi.

Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.