Füzuli Məmmədov daha 2 il “Neftçi”də

fuzuli-memmedov-daha-2-il-neftcide
Oxunma sayı: 1268

“Neftçi” PFK baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

“Qafqazinfo” PFK-nın rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.