Füzuli Musayevə yeni vəzifə həvalə olundu

fuzuli-musayeve-yeni-vezife-hevale-olundu
Oxunma sayı: 6573

Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.

“Qafqazinfo” xəbər verir ki, iclasda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Səsvermə nəticəsində Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti seçilib.