Füzuli rayon rəhbərliyi vətəndaşlarla görüşdü - Fotolar

fuzuli-rayon-rehberliyi-vetendaslarla-gorusdu
Oxunma sayı: 3324

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə Rayon Polis Şöbəsinin rəisi, DTX-nin rayon şöbəsinin rəisi və rayon prokuroru bayram günlərində Zobucuq (1 ,2, 3, 4, 5) qəsəbələrində və Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olub, vətəndaşlarla görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, onlar bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət ediblər.  

Alı Alıyev vətəndaşları dinləyib, onların problem və qayğıları ilə maraqlanıb.

Rayon sakinləri də, öz növbəsində bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.