Füzuli rayonunda Gənclər Günü qeyd olunub - Foto

fuzuli-rayonunda-gencler-gunu-qeyd-olunub
Oxunma sayı: 1024

Fevralın 2-si Füzuli rayon Heydər Əliyev Mərkəzində Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü ilə əlaqədar olaraq “Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, digər vəzifəli şəxslər, şəhid ailələri, N saylı hərbi hissənin nümayəndələri, rayon ictimaiyyəti və müxtəlif sahələrdə çalışan gənclər iştirak edib.

İcra başçısı Alı Alıyev çıxış edərək gənclərimizin örnək nümunəsi olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb.

Daha sonra tədbir iştirakçıları və şəhid ailələri çıxış ediblər. RİH başçısı tərəfindən bir qrup gənc Fəxri Fərmanlarla təltif edilib.

Ulu öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin “Gənclərimiz gələcəyimizdir” adlı videoroliki tədbir iştirakçılarına təqdim olunub.