Füzuli rayonunda 6 aylığın yekunlarına və vətəndaş-məmur münasibətlərinin təhlilinə həsr edilmiş müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə RİH əməkadları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alı Alıyev çıxış edərək Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafından, Vətən müharibəsi nəticəsində qazanılan böyük Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərindən, Böyük Qayıdışın astanasında olan füzulilərin sevincindən, fərəhindən, vətəndaşların rifahının, sağlam, rahat və təhlükəsiz yaşamalarının hər zaman dövlətin diqqət mərkəzində saxlanmasından bəhs edib. Alı Alıyev, həmçinin Füzuli rayonunda son 6 ayın yekunlarına dair, eləcə də vətəndaş-məmur münasibətlərinin düzgün tənzimlənməsi haqqında geniş təhlil aparıb.
Daha sonra çıxış edən RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Orxan Ağakişiyev son 6 ay ərzində RİH-yə daxil olmuş vətəndaş müraciətlərinin motivi, statistikası, müraciətlərin cavablandırılması barədə məlumat verdi. Bundan başqa Orxan Ağakişiyev Prezidentinin müvafiq Fərmanlarına əsasən vətəndaş məmnunluğunu təmin edilməsi məqsədilə yaradılmış, hazırda RİH-də aktiv olan Rəqəmsal İcra Hakimiyyəti və ASAN müraciət sistemlərinin üstünlükləri barədə müşavirə iştirakçılarını məlumatlandırıb.
Daha sonra zalda yaradılmış açıq mikrafonlar vasitəsilə vətəndaşların müraciətləri, narazılıqları, təklifləri dinlənildi və aidiyyəti qurumlara yerindəcə tapşırıqlar verilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verərək müşavirəyə yekun vurub.







Son xəbərlər
Son Xəbərlər