Füzuli RİH başçısı vətəndaşlarla görüşüb - Fotolar

fuzuli-rih-bascisi-vetendaslarla-gorusub
Oxunma sayı: 1893

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları Birinci Zobucuq qəsəbəsində səyyar-qəbul görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Qəbulda çıxış edən Alı Alıyev bildirib ki, 1554 nəfər əhalinin yaşadığı Birinci Zobucuq qəsəbəsinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1455 nəfərə hər ay 873. 000 manat vahid aylıq müavinət ödənilir, 11 ailəyə ünvanlı sosial yardım təyin edilib, 12 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Birinci Zobucuq qəsəbəsində 11 şəhid ailəsi, 9 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə  sakinlərindən 104 nəfər yaşa görə, 18 nəfər əlilliyə görə, 4 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət alır. Qəsəbə sakinlərindən 234 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 182 nəfər fərdi əməklə məşğul olur.

Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.