Füzuli RİH-nin başçısı aztəminatlı ailələrə ərzaq yardımı edib

fuzuli-rih-nin-bascisi-azteminatli-ailelere-erzaq-yardimi-edib
Oxunma sayı: 1119

Füzuli rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, karantin rejimi zamanı ən çox əziyyət çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyə edir.