Füzuli RİH sahibkarlar müraciət etdi

fuzuli-rih-sahibkarlar-muraciet-etdi
Oxunma sayı: 894


“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün Füzulidə həyat qaynayır, insanlar işləyir, respublikanın ən gənc şəhəri olan Horadiz sürətlə böyüyərək inkişaf edir. Füzulililər son illər rayon ərazisində aparılan tikinti-quruculuq, abadlıq işlərini ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı hesab edirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.

Ölkə başçısının Sərəncamı ilə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 227 evin bərpasıda başa çatmaq üzrədir. Evləri bərpa olunan ailələr evlərinə qayıdır, uzun illik intizara son qoyurlar.

Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, onlarla şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Sahibkarlara yaradılan şəraitin nəticəsində kənd təsərrüfatı məhsulları saxlayan anbar kompleksi, “Qarabağ-Broyler” MMC, Şəhriyar Ailəvi İstirahət Mərkəzi istifadəyə verilmiş, rayonun Haramı adlanan ərazisində sahibkarlıq yolu ilə 500 başlıq heyvandarlıq kompleksi və sutkada 10 ton süd emal edən zavodun tikintisi işləri davam etdirilir. Üçüncü Zobucuq qəsəbəsində sahibkarlıq yolu ilə sutkada 40 ton çörək-un məmulatları istehsal edən zavod bu günlərdə ilk məhsulunu buraxacaqdır.

Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarların ərazidəki fəaliyyəti yaxşılaşdırlıb, onların iş görmələri üçün hərtərəfli şərait yaradılıb.

Füzuli rayon İcra Hakimiyyəti bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları füzulimizin yenidən qurulmasında fəal iştirak etməyə çağırır.