Rayon icra hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam izmalanıb və tədbirlər planı təsdiq edilib.
Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, ərazilərdə abadlıq və təmizlik işləri aparılır. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilib.
Yanvarın 20-də isə rayon ərazisindəki Şəhidlər Xiyabanında faciənin 25-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçiriləcək.
Həmin gün saat 12:00-də rayonun bütün yaşayış məntəqələrində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad ediləcək, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları veriləcək.
Son xəbərlər
Son Xəbərlər