Füzulidə 3 mülki şəxs minaya düşdü - Biri öldü

fuzulide-3-mulki-sexs-minaya-dusdu
Oxunma sayı: 2497

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.