Füzulidə 31 Mart soyqırımı qurbanları anıldı

fuzulide-31-mart-soyqirimi-qurbanlari-anildi
Oxunma sayı: 1248

Horadiz şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı Qurbanlarının anım mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı  Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Alı Alıyev çıxış edərək 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım və qətliamlar barədə məlumat vermişdir. O, vurğulayıb ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  “31 mart təqvimi son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqrıma və repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar.” 

Digər çıxış edənlər ermənilərin yüzillər boyu xalqımıza qarşı törətdikləri cinayətlər, soyqırımlar barədə geniş məlumat veriblər.