Füzulidə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

fuzulide-8-mart-beynelxalq-qadinlar-gunu-qeyd-olunub
Oxunma sayı: 1042


Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər üzrə müavini Kəmalə Məmmədova çıxış edərək rayon qadınlar şurasının fəaliyyəti barədə məlumat verib. K.Məmmədova qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışıb, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkürəsinə bağlılıq ruhunda tərbiyəsi işində qadınların xüsusi rolu olduğunu vurğulayıb.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, son illər rayon qadınlarının qazandıqları uğurlardan danışıb, ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəqlənən bir qrup fəal qadına Fəxri Fərman və YAP biletləri təqdim olunub.

Sonda rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı təqdim olunub.